https://news.day.az/azerinews/1840804.html ING Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib Niderlandın ING bank qrupunun qiymətləndirməsinə görə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə 5,5 faiz səviyyəsində olacağı gözlənilir. Qeyd edək ki, əvvəlki proqnozda Azərbaycanda bu göstəricinin müvafiq olaraq 5,4 faiz və 5,2 faiz səviyyəsində olacağı gözlənilirdi.

ING Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Azərbaycanca, 11 июня 2026 16:26 (UTC +04:00) 292
ING Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Niderlandın ING bank qrupunun qiymətləndirməsinə görə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə 5,5 faiz səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, əvvəlki proqnozda Azərbaycanda bu göstəricinin müvafiq olaraq 5,4 faiz və 5,2 faiz səviyyəsində olacağı gözlənilirdi.

Day.Az xəbər verir ki, ING-nin saytında dərc olunan proqnoza əsasən, cari ilin ikinci rübündə inflyasiya 5,5 faiz, üçüncü rübündə 5,4 faiz, dördüncü rübündə isə 5,6 faiz təşkil edəcək.

2027-ci ilin birinci rübündə inflyasiyanın 5,5 faiz, ikinci rübündə 5,6 faiz, üçüncü və dördüncü rüblərində isə 5,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

2028-ci ildə isə inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Cari ilin ilk beş ayında Azərbaycanda 51,784 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости