Quterreş Suriyaya səfər edib

BMT-nin Baş katibi Antonio Quterreş Suriyaya səfər edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq mediası xəbər yayıb.

Məlumata əsasən, A.Quterreşin səfərində əsas məqsəd BMT-nin Suriyadakı keçid hökumətinə dəstəyini ifadə etməkdir.

Səfər çərçivəsində Suriyadakı siyasi keçid prosesi və ölkədəki mövcud vəziyyətlə bağlı müzakirələrin aparılacağı gözlənilir.