https://news.day.az/azerinews/1850406.html
Bakıda tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Day.Az-a açıqlamasında bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
Bakıda tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Day.Az-a açıqlamasında bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir", - deyə əlavə edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре