https://news.day.az/azerinews/1850588.html
“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub
ABŞ-nin "Apple" korporasiyası bazar kapitallaşmasına görə "Nvidia" şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub. Nasdaq birjasında "Apple" səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda "Nvidia"nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.
“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub
ABŞ-nin "Apple" korporasiyası bazar kapitallaşmasına görə "Nvidia" şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.
Nasdaq birjasında "Apple" səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda "Nvidia"nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.
Nəticədə "Apple"in bazar kapitallaşması 4,95 trilyon dollara, "Nvidia"nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin "Alphabet", "Microsoft" və "Amazon" şirkətləri yer alıb.
"Bloomberg"in məlumatına görə, "Apple"nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və "Nvidia" səhmlərinin ucuzlaşması ilə əlaqədardır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре