https://news.day.az/azerinews/1850886.html Ermənistanda Robert Köçəryanın əmlakı müsadirə oluna bilər Ermənistanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryana, iş adamı Qaqik Tsarukyana, Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryana və eləcə də onlarla əlaqəli şəxslərə məxsus əmlakın, pul vəsaitlərinin və aktivlərin müsadirə olunmasını tələb edib. Bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanda Robert Köçəryanın əmlakı müsadirə oluna bilər

Azərbaycanca, 29 июля 2026 17:12 (UTC +04:00) 146
Ermənistanda Robert Köçəryanın əmlakı müsadirə oluna bilər

Ermənistanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryana, iş adamı Qaqik Tsarukyana, Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryana və eləcə də onlarla əlaqəli şəxslərə məxsus əmlakın, pul vəsaitlərinin və aktivlərin müsadirə olunmasını tələb edib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

 

Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı prokurorluq 22 daşınmaz əmlak obyektinin, daşınmaz əmlakın alqı-satqısına dair iki hüququn, dəyəri 3 milyon ABŞ dollarından çox olan istiqrazların, təxminən 985 milyon dramın (təxminən 2,5 milyon ABŞ dolları), 1,4 milyon ABŞ dollarından və 200 milyon dramdan (təxminən 510 min ABŞ dolları) çox məbləğdə depozitlərin, həmçinin cinayət işi üzrə girovun qanunsuz hissəsi kimi göstərilən təxminən 19,56 milyard dram (təxminən 50 milyon ABŞ dolları) və 502,3 milyon dram (təxminən 1,3 milyon ABŞ dolları) məbləğində pul vəsaitinin müsadirəsini tələb edir.

Qaqik Tsarukyanla bağlı prokurorluq 75 daşınmaz əmlak obyektinin, o cümlədən Nor Nork rayonunda yerləşən 52 mənzilin, Abovyan küçəsindəki 5 mənzilin, Kotayk vilayətindəki 11 mənzilin, 42 nəqliyyat vasitəsinin, 10 daşınmaz əmlak obyektinin bazar dəyərinin, eləcə də "Multi Group" Konserni MMC, "Multi Avtotrans" MMC, "Onira Club" MMC və digər hüquqi şəxslər də daxil olmaqla 38 hüquqi şəxsdə iştirak paylarının müsadirəsini tələb edir. Tələb olunan pul vəsaiti 105 865 865 226 dram (289 milyon ABŞ dolları) təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости