https://news.day.az/azerinews/1851092.html Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə... Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər. Day.Az xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağa daxil olmaq və ya isti havada birbaşa soyuq suya girmək ürək ritminin pozulmasına səbəb ola bilər.

Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...

Azərbaycanca, 31 июля 2026 01:15 (UTC +04:00) 112
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq:

Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər.

Day.Az xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağa daxil olmaq və ya isti havada birbaşa soyuq suya girmək ürək ritminin pozulmasına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, orqanizm ani temperatur dəyişikliklərindən qorunmalıdır.

Həkimlər otaqların temperaturunun tədricən aşağı salınmasını tövsiyə edirlər. Xüsusilə ürək xəstələrinin kondisioneri 17 dərəcə kimi çox aşağı temperatura tənzimləyərək birbaşa qarşısında yatması məsləhət görülmür.

Mütəxəssislər vurğulayırlar ki, orqanizmin temperatur dəyişikliyinə uyğunlaşması üçün kondisioner optimal otaq temperaturunda işlədilməli, isti və soyuq mühitlər arasında keçidlər isə mərhələli şəkildə həyata keçirilməlidir. Bu yanaşma ürək sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости