https://news.day.az/azerinews/1851895.html
İstanbulda torpaq sürüşməsi olub, xilasetmə əməliyyatı aparılır - FOTO
Türkiyənin İstanbul şəhərinin Böyükçekməcə rayonunda torpaq sürüşməsi baş verib. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, hadisə Mimar Sinan sahilində, sahil ilə yaşayış binaları arasında yerləşən torpaq sahəsində qeydə alınıb. Sürüşmə nəticəsində sahil yolu qismən bağlanıb. Məlumata görə, torpaq altında qalan şəxslər var.
İstanbulda torpaq sürüşməsi olub, xilasetmə əməliyyatı aparılır - FOTO
Türkiyənin İstanbul şəhərinin Böyükçekməcə rayonunda torpaq sürüşməsi baş verib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, hadisə Mimar Sinan sahilində, sahil ilə yaşayış binaları arasında yerləşən torpaq sahəsində qeydə alınıb. Sürüşmə nəticəsində sahil yolu qismən bağlanıb.
Məlumata görə, torpaq altında qalan şəxslər var.
Hadisə yerinə polis, təcili tibbi yardım və çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda torpaq altında qalan şəxslərin xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре