https://news.day.az/azerinews/1852586.html
Beyləqanda kanalda batan 21 yaşlı gəncin axtarışları davam etdirilir - VİDEO
Avqustun 6-da "Yeni Xan qızı" kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində boğulduğu ehtimal edilən 21 yaşlı gənc axtarılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре