https://news.day.az/azerinews/1853929.html “Instagram” uzun illərdən sonra loqotipini dəyişib - FOTO "Meta" şirkətinə məxsus "Instagram" sosial şəbəkə platforması son on ildə ilk dəfə loqosunu yeniləyib. Bu barədə platformanın rəhbəri Adam Mosseri məlumat verib. Onun sözlərinə görə, loqonun əvvəlki dizaynı on il ərzində dəyişməz qalıb. Buna görə də platforma onu yeniləmək qərarına gəlib.

“Instagram” uzun illərdən sonra loqotipini dəyişib - FOTO

Azərbaycanca, 14 августа 2026 15:06 (UTC +04:00) 140
“Instagram” uzun illərdən sonra loqotipini dəyişib

"Meta" şirkətinə məxsus "Instagram" sosial şəbəkə platforması son on ildə ilk dəfə loqosunu yeniləyib. Bu barədə platformanın rəhbəri Adam Mosseri məlumat verib.

Onun sözlərinə görə, loqonun əvvəlki dizaynı on il ərzində dəyişməz qalıb. Buna görə də platforma onu yeniləmək qərarına gəlib.

"Biz hesab edirik ki, yeni dizayn daha aydın və müasir alınıb. Bununla yanaşı, o, orijinal versiya ilə əlaqəni, eləcə də həmişə "Instagram"ın bir hissəsi olmuş sadəliyi və detallara diqqəti qoruyub saxlayır", - deyə o, "Threads"də yazıb.

 

Qeyd edək ki, söhbət tətbiqin öz ikonunun deyil, "Instagram" adındakı şriftin dəyişdirilməsindən gedir.

"Instagram" loqosunun sonuncu dəfə əsaslı şəkildə dəyişdirilməsi 2016-cı ildə baş verib. Bundan əvvəl tətbiqin ikonunda "Polaroid" fotoaparatı təsvir olunurdu.

  • “Instagram” uzun illərdən sonra loqotipini dəyişib
  • “Instagram” uzun illərdən sonra loqotipini dəyişib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости