https://news.day.az/azerinews/1853986.html
İstanbulda silahlı şəxs evində barrikada quraraq ətrafa atəş açıb - FOTO
İstanbulun Çatalca rayonunda bir nəfər evində barrikada quraraq ətrafa avtomat silahdan atəş açıb. Bu barədə "Haber7" məlumat yayıb. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvəsi səfərbər olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onun dinc yolla tərksilah edilməsi üçün danışıqlar aparır.
İstanbulda silahlı şəxs evində barrikada quraraq ətrafa atəş açıb - FOTO
İstanbulun Çatalca rayonunda bir nəfər evində barrikada quraraq ətrafa avtomat silahdan atəş açıb.
Bu barədə "Haber7" məlumat yayıb.
Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis qüvvəsi səfərbər olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onun dinc yolla tərksilah edilməsi üçün danışıqlar aparır. İrfan Aktürk adlı olduğu bildirilən həmin silahlı şəxs heç kimin evə yaxınlaşmasına icazə vermir və təslim olmur.
Onun, eyni zamanda, jandarma əməkdaşlarına da atəş açdığı bildirilir.
Şübhəlinin bu addımının motivləri və digər təfərrüatlar hələlik məlum deyil.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре