https://news.day.az/azerinews/1855001.html İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib Yanvar-iyul ayları ərzində işdən qanunsuz çıxarılmış 63 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib. Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Azərbaycanca, 20 августа 2026 11:18 (UTC +04:00) 106
İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Yanvar-iyul ayları ərzində işdən qanunsuz çıxarılmış 63 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.

Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости