https://news.day.az/azerinews/1855436.html Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB - FOTO Əməkdar jurnalist Tofiqə Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, mərasimə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media ictimaiyyətinin nümayəndələri, mərhumun dostları və ictimai xadimlər qatılıblar.

Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB - FOTO

Azərbaycanca, 22 августа 2026 14:46 (UTC +04:00) 263
Əməkdar jurnalist Nurani dəfn edilib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) Yasamal qəbiristanlığında dəfn olunub.

Mərhum jurnalistin nəşi valideynlərinin məzarlarının yanında torpağa tapşırılıb.

xxx

13:59

Əməkdar jurnalist Tofiqəxanım Qasımova ilə vida mərasimi başa çatıb.

Mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

xxx

13:06

Əməkdar jurnalist Tofiqə Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, mərasimə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media ictimaiyyətinin nümayəndələri, mərhumun dostları və ictimai xadimlər qatılıblar.

Mərasim iştirakçıları Əməkdar jurnalistin xatirəsini yad edir, yaxınlarına başsağlığı verirlər.

Vida mərasimi başa çatdıqdan sonra Tofiqə Qasımovanın nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib.

  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
  • Əməkdar jurnalist Nurani dəfn edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости