https://news.day.az/azerinews/1855884.html Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü keçirilir - FOTO Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü başlayıb. Tədbirin ikinci günü Böyük İpək Yolu regionunda rəqəmsal valyutaların praktiki tətbiqi, transsərhəd fintex dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının aktivləşdirilməsi məsələlərinə həsr olunub.

Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü keçirilir - FOTO

Azərbaycanca, 25 августа 2026 10:11 (UTC +04:00) 139
Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü keçirilir

Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü başlayıb. Tədbirin ikinci günü Böyük İpək Yolu regionunda rəqəmsal valyutaların praktiki tətbiqi, transsərhəd fintex dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının aktivləşdirilməsi məsələlərinə həsr olunub.

Day.Az Trend-ə istinadən verir ki, forum Özbəkistan Respublikasının Mərkəzi Bankı və Sinqapurun beynəlxalq "Global Finance & Technology Network" (GFTN) şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir tənzimləyici qurumların rəhbərləri, aidiyyəti nazirliklərin nümayəndələri, beynəlxalq maliyyə institutları və idarə olunan aktivlərinin ümumi həcmi 4 milyard ABŞ dollarından çox olan investorlar da daxil olmaqla, dünyanın 74 ölkəsindən 6 mindən çox iştirakçını və 200-ə yaxın spikeri bir araya gətirib.

İkinci günün əsas sessiyaları çərçivəsində nümayəndə və ekspertlər ənənəvi bankçılıqdan rəqəmsal maliyyə ekosistemlərinə keçidlə bağlı praktiki addımları, açıq bankçılığın (Open Banking) inkişafını, həmçinin sabit tokenlər (steyblkoinlər) və milli rəqəmsal valyutalar (CBDC) üçün normativ çərçivələri müzakirə edirlər.

Əsas mövzular arasında Özbəkistan tənzimləyicisi tərəfindən yenilənmiş beynəlxalq tənzimləyici "sandbox"un (Regulatory Sandbox 2.0) istifadəyə verilməsi, vençur proqramlarının həyata keçirilməsi və İslam maliyyələşdirilməsi sahəsində qanunvericilik təşəbbüsləri yer alır.

Forum iştirakçıları maliyyə sektorunda süni intellektin fəal tətbiqi şəraitində kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələlərinə, həmçinin beynəlxalq texnoloji startapların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasına da xüsusi diqqət yetirəcəklər.

Xəbər yenilənəcək

  • Daşkənddə İpək Yolu Maliyyəsi və Texnologiya Forumunun ikinci günü keçirilir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости