Goranboyda sursat anbarında yanğınla bağlı təxliyə başlayıb - İcra Hakimiyyəti
Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerində olan müxbir ümumilikdə 5 min nəfərin təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.
Ərazidə FHN və aidiyyəti qurumlar yanğının yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirir. Nizami kəndinin girişində post qurulub.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərov bildirib ki, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.
Onun sözlərinə görə, hadisədən dərhal sonra Fövqəladə Hallar Komissiyası toplanıb və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə yaxın ərazilərdə yaşayan sakinlərin təxliyəsinə başlanılıb.
Seymur Nəzərov qeyd edib ki, sakinlər təhlükəsiz şəkildə yaxın ərazilərə köçürülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре