https://news.day.az/azerinews/1859097.html Sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - VİDEO Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sürücülərə müraciət edib. Day.Az xəbər verir ki, NİİM-dən bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən yol nişanlarına diqqət yetirməli, sürəti əvvəlcədən azaltmalı və qəfil əyləcləmədən çəkinməlidirlər.

Sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - VİDEO

Azərbaycanca, 10 сентября 2026 15:35 (UTC +04:00) 220
Sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sürücülərə müraciət edib.

Day.Az xəbər verir ki, NİİM-dən bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən yol nişanlarına diqqət yetirməli, sürəti əvvəlcədən azaltmalı və qəfil əyləcləmədən çəkinməlidirlər.

Bununla yanaşı, avtomobillər arasında təhlükəsiz məsafənin saxlanılmasının da vacib olduğu vurğulanıb.

Mərkəz qeyd edib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşılması ciddi qəzalara və insan həyatı üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər.

"Qəzaların baş verməməsi həm də sizdən asılıdır", - deyə NİİM-dən bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости