Kirayə mənzilə ən çox tələbatın olduğu ərazilər AÇIQLANDI - VİDEO
Bakıda kirayə mənzillərin qiymətində son illərlə müqayisədə 6-12 faizlik artım müşahidə olunur.
Day.Az xəbər verir ki, əmlak eksperti Nofəl Quliyevin sözlərinə görə, bahalaşma əsasən Ağşəhər, Yusif Səfərov küçəsi ətrafı, Gənclik, Atatürk prospekti, Xətainin bəzi hissələri və universitetlərin yerləşdiyi ərazilərdə daha çox nəzərə çarpır.
Ekspert bildirib ki, investorların daha çox bir və ikiotaqlı mənzillərə marağı var. Binəqədinin 8-ci mikrorayonu və Dərnəgül istiqaməti isə nisbətən münasib qiymətə əmlak almaq istəyənlər üçün alternativ sayılır. Tələbat artdıqca kirayə bazarı şəhərin kənar ərazilərinə də genişlənir.
Badamdar qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massiv ətrafında da qiymətlərin 7-10 faiz artdığı qeyd olunur. Ekspertin fikrincə, tələbələrin və xarici turistlərin kirayə mənzillərə tələbatı gələcəkdə də qiymət artımını dəstəkləyəcək və bu ərazilərdən alınan mənzillərin sonradan satılması nisbətən asan olacaq.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре