https://news.day.az/azerinews/1860939.html
Pensiyalar 10 faiz artdı
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib. Day.Az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
Pensiyalar 10 faiz artdı
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.
Day.Az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре