https://news.day.az/azerinews/1861805.html İçində 75000 manat olan seyf oğurlanıb Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

İçində 75000 manat olan seyf oğurlanıb

Azərbaycanca, 22 сентября 2026 16:03 (UTC +04:00) 185
İçində 75000 manat olan seyf oğurlanıb

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

Day.Az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости