https://news.day.az/azerinews/1865504.html Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Day.Az xəbər verir ki, bu barədə DSK məlumat yayıb. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. O, 1983-cü ildə anadan olub.

Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib

Azərbaycanca, 8 октября 2026 15:37 (UTC +04:00) 287
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə DSK məlumat yayıb.

Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.

O, 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2007-ci ildən dövlət qurumlarında, o cümlədən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, Maliyyə və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik edib.

2024-2026-cı illərdə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini, daha sonra Dövlət Statistika Komitəsi sədrinin müşaviri və Aparat rəhbəri olub.

Dövlət qulluğunun baş müşaviridir. 2025-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости