https://news.day.az/azerinews/1867490.html Bu ilin səkkiz ayında doğulan körpələrin sayı məlum olub - Rəqəmlər AÇIQLANDI Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 yeni doğulan körpə qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub.

Bu ilin səkkiz ayında doğulan körpələrin sayı məlum olub - Rəqəmlər AÇIQLANDI

Azərbaycanca, 16 октября 2026 12:55 (UTC +04:00) 350
Bu ilin səkkiz ayında doğulan körpələrin sayı məlum olub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 yeni doğulan körpə qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1902-si əkiz, 69-u isə üçəm doğulub.

Bu ilin səkkiz ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici dəyişməyərək eyni səviyyədə qalıb - 5,9.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости