https://news.day.az/azerinews/1870902.html Bazarlarda meyvə-tərəvəz bahalaşıb - SƏBƏB NƏDİR? - VİDEO Paytaxt bazarlarında mövsümi meyvə və tərəvəz bolluğu olsa da, qiymətlər ötən illə müqayisədə xeyli bahalaşıb. Mandarinin kiloqramı 70 qəpikdən 2 manat 50 qəpiyədək, heyvanın qiyməti 2 manat, feyxoa isə ölçüsündən asılı olaraq 1 manat 50 qəpikdən 2 manatadək dəyişir.

Bazarlarda meyvə-tərəvəz bahalaşıb - SƏBƏB NƏDİR? - VİDEO

Azərbaycanca, 30 октября 2026 16:37 (UTC +04:00) 355
Bazarlarda meyvə-tərəvəz bahalaşıb

Paytaxt bazarlarında mövsümi meyvə və tərəvəz bolluğu olsa da, qiymətlər ötən illə müqayisədə xeyli bahalaşıb. Mandarinin kiloqramı 70 qəpikdən 2 manat 50 qəpiyədək, heyvanın qiyməti 2 manat, feyxoa isə ölçüsündən asılı olaraq 1 manat 50 qəpikdən 2 manatadək dəyişir. Satıcıların sözlərinə görə, məhsulların qiymətində ötən illə müqayisədə kiloqram başına ən azı 50 qəpik artım var.

Day.Az xəbər verir ki, satıcılar bahalaşmanı əsasən daşınma və digər xərclərin artması ilə əlaqələndirirlər.

Onların fikrincə, yanacaq, nəqliyyat və məhsulun bazara çatdırılması üçün çəkilən xərclər qiymətlərə birbaşa təsir edir. Alıcılar isə xüsusilə meyvələrin bahalaşdığını bildirirlər. Satıcıların proqnozuna görə, yaxın günlərdə qiymət artımı davam edə bilər.

Rayonlarda isə vəziyyət paytaxt bazarlarından fərqlənir. Məhsulun bağdan satış qiyməti növünə və keyfiyyətinə görə dəyişir. Belə ki, narın kiloqramı 50 qəpikdən 1 manata, heyvanın qiyməti isə 50 qəpikdən 1 manat 50 qəpiyədəkdir. Məhsul yetişdirənlərin sözlərinə görə, paytaxt bazarlarında qiymət fərqinin yaranmasının əsas səbəbi daşınma və digər əlavə xərclərin məhsulun üzərinə əlavə edilməsidir.

Ətraflı "Xəzər Tv"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости