https://news.day.az/azerinews/1872460.html Azərbaycanın xarici borcu il ərzində 9,3% azalıb - DB Azərbaycanın xarici dövlət borcu 2025-ci ilin yekunlarına görə 12 milyard 327 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 9,3 faiz azdır. Day.Az xəbər verir ki, bu barədə Dünya Bankının "International Debt Report" 2026 adlı yeni hesabatında dərc olunan məlumatlarda bildirilir.

Azərbaycanın xarici borcu il ərzində 9,3% azalıb - DB

Azərbaycanca, 6 ноября 2026 11:32 (UTC +04:00) 211
Azərbaycanın xarici borcu il ərzində 9,3% azalıb

Azərbaycanın xarici dövlət borcu 2025-ci ilin yekunlarına görə 12 milyard 327 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə 9,3 faiz azdır.

Day.Az xəbər verir ki, bu barədə Dünya Bankının "International Debt Report" 2026 adlı yeni hesabatında dərc olunan məlumatlarda bildirilir.

Hesabatın göstəricilərinə əsasən, ölkənin xarici borcunun əsas hissəsi dövlət və dövlət zəmanəti ilə təmin edilmiş borcun payına düşür. Bu borcun həcmi 11 milyard 41 milyon dollar təşkil edib. Dövlət zəmanəti ilə təmin edilməyən özəl xarici borcun həcmi isə 1 milyard 64 milyon dollardır. Daha 222 milyon dollar qısamüddətli öhdəliklərin payına düşür.

Hesabatda Azərbaycanın borc yükünü xarakterizə edən əsas göstəricilərin də yaxşılaşdığı qeyd olunur.

Belə ki, xarici borcun mal və xidmətlər ixracına nisbəti 2025-ci ildə 35 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 6,4 faiz azalıb. Xarici borcun ümumi milli gəlirə (ÜMG) nisbəti isə 17 faizə enərək 11,8 faiz azalıb.

Borc xidmətinə dair göstəricilərdə də müsbət dinamika qeydə alınıb. Xarici borca xidmət üzrə ödənişlərin ixraca nisbəti 8 faiz təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,3 faiz azdır. Borca xidmət ödənişlərinin ÜMG-yə nisbəti isə 38,2 faiz azalaraq 4 faizə düşüb.

Hesabatda rəsmi kreditorlardan cəlb edilən yeni borcların şərtləri də əks olunub. Belə ki, öhdəliklərin orta ödəmə müddəti 14 il, güzəşt müddəti 4 il, orta faiz dərəcəsi isə 5,1 faiz təşkil edir.

Beləliklə, Dünya Bankının məlumatları 2025-ci ilin yekunları üzrə Azərbaycanın xarici borcunun azaldığını və borc yükünün nisbi göstəricilərinin yaxşılaşdığını göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости