Hazırda 50-dən çox şəxs ürək transplantasiyası üçün gözləyir
Hazırda 50-dən çox şəxs ürək transplantasiyası üçün gözləyir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü ürək-damar cərrahı Kamran Musayev Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, 10 milyonluq bir ölkədə düşünürəm ki, bu xəstələrimizə kifayət edəcək qədər bizim donorumuz olmalıdır.
"Ona görə mən bir daha fürsətdən də istifadə edib insanlarımızı cəmiyyətimizin üzvlərini orqan donorluğu yönündə aktiv olmağa dəvət edirəm və beyin ölümü baş vermiş xəstələrin orqanlarının bağışlanmasına dəvət edirəm",- deyə o bildirib.
Xatırladaq ki, bugünə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib.
Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub.
Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре