https://news.day.az/azerinews/1872944.html Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb - FOTO 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Zəfər parkına ziyarət başlayıb. Trend-in müxbiri xəbər verir ki, günün ilk saatlarından etibarən dövlət və hökumət nümayəndələri, eləcə də vətəndaşlar parkı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.

Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb - FOTO

Azərbaycanca, 8 ноября 2026 10:00 (UTC +04:00) 224
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Zəfər parkına ziyarət başlayıb.

Trend-in müxbiri xəbər verir ki, günün ilk saatlarından etibarən dövlət və hökumət nümayəndələri, eləcə də vətəndaşlar parkı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.

Ziyarətçilər Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümündə şəhidlərimizin fədakarlığını minnətdarlıqla yad edir, onların ölkəmizin tarixindəki müstəsna xidmətlərinə ehtiramlarını bildirirlər.

Zəfər Günü xalqımızın qəhrəmanlığının, birliyinin və mübarizə əzminin təcəssümü olmaqla yanaşı, Azərbaycanın şanlı hərb tarixinin ən parlaq səhifələrindən biridir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan çoxsaylı şəhər, qəsəbə və kəndləri azad edib. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində həlledici hadisələrdən biri olub və Azərbaycanın tarixi Qələbəsini şərtləndirib.

Şuşanın azad edildiyi 8 noyabr tarixi Azərbaycanda hər il Zəfər Günü kimi qeyd olunur.

Xəbər yenilənəcək

  • Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости