https://news.day.az/azerinews/1873091.html Gündə 5 litr kola içir, 19 saat işləyir - VİDEO Türkiyənin Sakarya şəhərində yaşayan bir vətəndaşın gündəlik iş rejimi və qazlı içki vərdişi diqqət çəkib. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər gün 5 litr kola içdiyini, səhər saat 07:00-dan gecə 02:00-dək çay daşımaqla məşğul olduğunu bildirib. Beləliklə, gündəlik iş müddətinin 19 saata çatdığını söyləyib.

Gündə 5 litr kola içir, 19 saat işləyir - VİDEO

Azərbaycanca, 9 ноября 2026 05:32 (UTC +04:00) 254
Gündə 5 litr kola içir, 19 saat işləyir

Türkiyənin Sakarya şəhərində yaşayan bir vətəndaşın gündəlik iş rejimi və qazlı içki vərdişi diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər gün 5 litr kola içdiyini, səhər saat 07:00-dan gecə 02:00-dək çay daşımaqla məşğul olduğunu bildirib. Beləliklə, gündəlik iş müddətinin 19 saata çatdığını söyləyib.

Vətəndaş kola içmədiyi vaxtlarda davranışlarının dəyişdiyini də etiraf edib. O, bu içkidən uzaq qaldıqda aqressivləşdiyini və işçilərinə qarşı əsəbi davrandığını deyib:

"İçmədiyim zaman işçilərə hücum edirəm, aqressiv oluram".

Onun qeyri-adi gündəlik rejimi və kola istehlakı ilə bağlı açıqlamaları sosial şəbəkələrdə maraq doğurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости