https://news.day.az/azerinews/1873171.html Antalya dünyanın nəzər nöqtəsində - COP31 başlayır BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) bu gün Türkiyənin Antalya şəhərində işə başlayır.

Antalya dünyanın nəzər nöqtəsində - COP31 başlayır

Azərbaycanca, 9 ноября 2026 09:35 (UTC +04:00) 203
Antalya dünyanın nəzər nöqtəsində

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) bu gün Türkiyənin Antalya şəhərində işə başlayır.

Day.Az xəbər verir ki, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olan 196 ölkənin və Avropa İttifaqının iştirakı ilə 12 gün davam edəcək.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin məlumatına görə, Antalyada COP31 üçün ayrılmış ərazidə hazırlıq işləri başa çatdırılıb.

İndiyədək 102 ölkənin dövlət və hökumət başçısı, eləcə də 300-dən çox nazir konfransda iştirakını təsdiqləyib. COP31 ərazisində pavilyonlar üçün 160, nümayəndə heyətlərinin ofisləri üçün isə 90 müraciət təsdiqlənib.

BMT-nin İnkişaf Proqramı, BMT Baş Assambleyası, Avropa Komissiyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Enerji Agentliyi də konfransda yüksək səviyyədə təmsil olunacaq.

Noyabrın 11-12-də Mavi Zonada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Liderlərin zirvə görüşü keçiriləcək.

Türkiyənin COP31-ə sədrliyini Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum həyata keçirəcək. Zirvədə 196 ölkənin və Avropa İttifaqının liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasətləri və həll təkliflərini müzakirə edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости