https://news.day.az/azerinews/1873182.html Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Day.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib. "Azərbaycanlı qardaşlarımızın 9 Noyabr - Dövlət Bayrağı Günü mübarək olsun!" - paylaşımda qeyd olunub.

Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Azərbaycanca, 9 ноября 2026 10:24 (UTC +04:00) 168
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

"Azərbaycanlı qardaşlarımızın 9 Noyabr - Dövlət Bayrağı Günü mübarək olsun!" - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости