https://news.day.az/azerinews/1873188.html Ağcabədidə avtomobil piyadanı vurub Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ağır xəsarət alıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağcabədidə avtomobil piyadanı vurub

Azərbaycanca, 9 ноября 2026 10:48 (UTC +04:00) 204
Ağcabədidə avtomobil piyadanı vurub

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ağır xəsarət alıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Şirinov Elxan Ələkbər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости