https://news.day.az/azerinews/1873819.html Qotur və göbələk xəstəlikləri artıb - Bu yerlərdə yoluxa bilərsiniz - VİDEO Bakıda göbələk və qoturluq xəstəlikləri ilə bağlı həkimə müraciətlərin artdığı bildirilir. Day.Az xəbər verir ki, dermatoloqların sözlərinə görə, bu xəstəliklərin əlamətləri bəzən bir-birinə bənzəsə də, fərqli xüsusiyyətləri var. Qotur zamanı qaşınma əsasən gecələr güclənir və dəridə cüt-cüt səpkilər yaranır.

Qotur və göbələk xəstəlikləri artıb - Bu yerlərdə yoluxa bilərsiniz - VİDEO

Azərbaycanca, 12 ноября 2026 11:58 (UTC +04:00) 152
Qotur və göbələk xəstəlikləri artıb

Bakıda göbələk və qoturluq xəstəlikləri ilə bağlı həkimə müraciətlərin artdığı bildirilir.

Day.Az xəbər verir ki, dermatoloqların sözlərinə görə, bu xəstəliklərin əlamətləri bəzən bir-birinə bənzəsə də, fərqli xüsusiyyətləri var.

Qotur zamanı qaşınma əsasən gecələr güclənir və dəridə cüt-cüt səpkilər yaranır. Göbələk infeksiyasında isə qaşınma günün istənilən vaxtı müşahidə olunur, daha çox qoltuqaltı və qasıq nahiyələrində qızartı və səpkilərlə özünü göstərir.

Mütəxəssislər yoluxma riskini artıran amillər sırasında ev və küçə heyvanları ilə təması, idman zalları, spa mərkəzləri, eləcə də lazımi qaydada təmizlənmədən istifadə olunan ikinci əl geyimləri qeyd edirlər. Xəstəliklərdən qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək, heyvanlara mütəmadi baytar nəzarətini təmin etmək və ictimai məkanlarda şəxsi əşyalardan istifadə etmək tövsiyə olunur.

Həkimlər qaşınma və digər dəri əlamətləri yarandıqda özbaşına müalicədən çəkinməyi və vaxtında dermatoloqa müraciət etməyi vacib sayırlar. Qeyd edək ki, mövzu ilə bağlı TƏBİB və Səhiyyə Nazirliyinə ünvanlanan sorğular cavablandırılmayıb.

Ətraflı "APA TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости