https://news.day.az/azerinews/1874070.html Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə əlaqədar Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir:

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Azərbaycanca, 13 ноября 2026 11:14 (UTC +04:00) 208
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə əlaqədar Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости