https://news.day.az/azerinews/1874855.html Xaçmazda avtomobil aşıb - Ölən və yaralananlar var Xaçmaz rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, noyabrın 16-da saat 03 radələrində Asim Rüfət oğlu Muradxanov idarə etdiyi avtomobillə Yalama-Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ kənarına aşıb.

Xaçmazda avtomobil aşıb - Ölən və yaralananlar var

Azərbaycanca, 17 ноября 2026 09:26 (UTC +04:00) 259
Xaçmazda avtomobil aşıb

Xaçmaz rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, noyabrın 16-da saat 03 radələrində Asim Rüfət oğlu Muradxanov idarə etdiyi avtomobillə Yalama-Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ kənarına aşıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Avtomobildə olan sərnişinlər Şadrik Xanlar oğlu Babaxanov, Rafik Cahangir oğlu Arzumanov və Raik Kamran oğlu Ramazanov yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости