https://news.day.az/azerinews/1874862.html Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

Azərbaycanca, 17 ноября 2026 09:29 (UTC +04:00) 262
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, görüşlər Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Qert Yan Kupman, Avropa Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura, eləcə də Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordyu ilə keçirilib.

Tərəflər strateji prioritetləri, ortaq maraqları, praktiki təşəbbüslər və konkret nəticələr əldə etmək yolu ilə Azərbaycan ilə Aİ arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər. Nəqliyyat əlaqələri və enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости