https://news.day.az/azerinews/1875014.html
DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - Büdcə layihəsi birinci oxunuşda təsdiqlənib
Milli Məclis "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Day.Az xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - Büdcə layihəsi birinci oxunuşda təsdiqlənib
Milli Məclis "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Day.Az xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8 faiz çoxdur. DSMF-nin 2027-ci il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3 faiz çoxdur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре