https://news.day.az/azerinews/1876540.html Qatarlara daş atanları hansı cəza gözləyir? - ADY-dən xəbərdarlıq 2026-cı ilin ilk 10 ayında Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarına daş atılması ilə bağlı 26 hadisə qeydə alınıb. Bu barədə ADY məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə belə hadisələrin sayı 40 faizə yaxın azalıb.

Qatarlara daş atanları hansı cəza gözləyir? - ADY-dən xəbərdarlıq

Azərbaycanca, 23 ноября 2026 18:30 (UTC +04:00) 269
Qatarlara daş atanları hansı cəza gözləyir?

2026-cı ilin ilk 10 ayında Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarına daş atılması ilə bağlı 26 hadisə qeydə alınıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə belə hadisələrin sayı 40 faizə yaxın azalıb.

Qeyd olunub ki, qatarlara daş atılması qatarların şüşələrinə və digər hissələrinə ziyan vurmaqla yanaşı, sərnişinlərin, maşinistlərin və qatar bələdçilərinin təhlükəsizliyini riskə atır, həmçinin qatarların hərəkətində gecikmələrə səbəb olur və sərnişin və yük daşımalarının fasiləsizliyinə mənfi təsir göstərir.

 

ADY-nin məlumatına görə, aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir fakt üzrə müvafiq araşdırma aparılaraq hüquqi məsuliyyət tədbirləri görülüb.

Vurğulanıb ki, qatarlara daş atmağa görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb oluna və vurduqları maddi ziyanı ödəməli ola bilərlər.

Dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla qarşılaşan şəxslərdən Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ADY-nin "1822" Əlaqə Mərkəzinə məlumat vermələri xahiş olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости