https://news.day.az/azerinews/1876933.html Təcili yardım səs siqnalından nə zaman istifadə etməlidir? - Qanunun TƏLƏBİ - VİDEO Hərəkətdə olan təcili tibbi yardım avtomobillərinin siren siqnalından istifadəsi zəruridirmi? Sürücülər bildirirlər ki, ağır xəstələrin daşınması və çağırış ünvanına vaxtında çatmaq üçün, xüsusilə tıxaclarda və qırmızı işıqda hərəkət zamanı xüsusi işıq və səs siqnallarından istifadə edirlər.

Təcili yardım səs siqnalından nə zaman istifadə etməlidir? - Qanunun TƏLƏBİ - VİDEO

Azərbaycanca, 25 ноября 2026 10:52 (UTC +04:00) 259
Təcili yardım səs siqnalından nə zaman istifadə etməlidir?

Hərəkətdə olan təcili tibbi yardım avtomobillərinin siren siqnalından istifadəsi zəruridirmi? Sürücülər bildirirlər ki, ağır xəstələrin daşınması və çağırış ünvanına vaxtında çatmaq üçün, xüsusilə tıxaclarda və qırmızı işıqda hərəkət zamanı xüsusi işıq və səs siqnallarından istifadə edirlər.

Day.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, siren siqnalından yalnız zərurət yarandıqda istifadə olunur.

Xüsusilə gecə saatlarında yaşayış məntəqələrində fasiləsiz siren səsi sakinlərin narahatlığına səbəb olduğundan, bəzi hallarda yalnız sayrışan işıqlar yandırılır.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili tibbi yardım avtomobilləri xüsusi tapşırıqları yerinə yetirərkən üstün hərəkət rejimindən istifadə etmək üçün həm xüsusi işıq, həm də səs siqnallarını qoşmalıdırlar. Bu tələb "Yol hərəkəti haqqında" Qanunun 48-ci və 74-cü maddələri ilə tənzimlənir. Məqsəd briqadaların çağırış ünvanına vaxtında çatmasını təmin etmək, digər sürücüləri xəbərdar etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости