İranda spirtli içkilərdən ölənlərin sayı 8 nəfərə çatıb
Ötən günlər ərzində İranın cənubunda yerləşən Hörmüzqan vilayətində spirtli içkilərdən ölənlərin sayı 8 nəfərə artıb.
Day.Az xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti Tibb Elmləri Universitetinin sözçüsü Fəridə Həsənzadə deyib.
"Vilayətdə ötən günlər ərzində spirtli içkilərdən zəhərlənənlərin sayı isə 98 nəfər təşkil edir", -deyə o bildirib.
Həsənzadə qeyd edib ki, vilayətin Bəndər Abbas rayonunda 88 nəfər, Minab rayonudan 6 nəfər, Qeşm rayonunda 2 nəfər, Rudan rayonunda isə 2 nəfər spirtli içkilərdən zəhərlənib.
Tibb rəsmisi əlavə edib ki, araşdırmalar zamanı zəhərlənmələr küstar üsulla və metanol tərkibli spirtli içkilərin hazırlanması nəticəsində baş verib və həyati təhlükələr qeydə alınıb. Zəhərlənənlər arasında bir nəfər görmə qabiliyyətini itirib, 21 nəfərdə isə görmə qabiliyyəti azalıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре