https://news.day.az/azerinews/1877458.html Ağdərə, Xocalı və Xocavənd rayonlarının kəndlərinə növbəti köç karvanı yola salınıb Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb. Day.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.

Ağdərə, Xocalı və Xocavənd rayonlarının kəndlərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanca, 27 ноября 2026 09:22 (UTC +04:00) 268
Ağdərə, Xocalı və Xocavənd rayonlarının kəndlərinə növbəti köç karvanı yola salınıb

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.

Day.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə ümumilikdə 73 ailə - 271 nəfər doğma yurduna qayıdır.

Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə - 42 nəfər, Çıldıran kəndinə 15 ailə - 49 nəfər, Kolatağ kəndinə 2 ailə - 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə - 1 nəfər köçürülüb.

Xocalı rayonunun Badara kəndinə 4 ailə - 7 nəfər, Xanyurdu kəndinə 9 ailə - 32 nəfər, Xanabad kəndinə 8 ailə - 33 nəfər köç edib.

Xocavənd şəhərinə 7 ailə - 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə - 71 nəfər köçürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости