https://news.day.az/azerinews/1877487.html Kim Çen In bakılı müğənni ilə görüşdü Şimali Koreya lideri Kim Çen In Rusiyadan olan incəsənət nümayəndələrinin konsertində iştirak edib. Konsertdə Rusiyanın xalq artisti, Bakıda doğulmuş Larisa Dolina da çıxış edib. Day.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kim Çen In bakılı müğənni ilə görüşdü

Azərbaycanca, 27 ноября 2026 10:27 (UTC +04:00) 141
Kim Çen In bakılı müğənni ilə görüşdü

Şimali Koreya lideri Kim Çen In Rusiyadan olan incəsənət nümayəndələrinin konsertində iştirak edib. Konsertdə Rusiyanın xalq artisti, Bakıda doğulmuş Larisa Dolina da çıxış edib.

Day.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Tədbir Pxenyanda Rusiya və KXDR arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasına həsr olunub.

Konsertdən sonra ifaçılara gül səbətləri təqdim edilib. Kim Çen In səhnəyə qalxaraq Larisa Dolina ilə əl sıxıb, sənətçiləri təbrik edib və onlarla xatirə şəkli çəkdirib.

Rusiyanın xalq artisti Larisa Dolina 10 sentyabr 1955-ci ildə Bakıda dünyaya gəlib. Ailəsi əslən Odessadan olsa da, müğənni üç yaşınadək Bakıda yaşayıb və sonradan valideynləri ilə birlikdə Odessaya köçüb. Larisa Dolina 1970-ci illərdə Xalq artisti Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Ansamblının solisti kimi fəaliyyət göstərib. O, 2015-ci ildə Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirində çıxışı zamanı paytaxtı doğma şəhəri adlandırıb və yaradıcılığının ən gözəl illərinin məhz Azərbaycan ansamblında keçdiyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости