https://news.day.az/azerinews/1877503.html Tıxacı azaltmaq üçün tikilən bu yolda işlər yekunlaşır - VİDEO Pik saatlarında Ziya Bünyadov və Heydər Əliyev prospektlərində nəqliyyat sıxlığını azaltmaq məqsədilə inşa edilən Həsən Əliyev küçəsi - Koroğlu metrostansiyası avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir.

Tıxacı azaltmaq üçün tikilən bu yolda işlər yekunlaşır - VİDEO

Azərbaycanca, 27 ноября 2026 10:59 (UTC +04:00) 213
Tıxacı azaltmaq üçün tikilən bu yolda işlər yekunlaşır

Pik saatlarında Ziya Bünyadov və Heydər Əliyev prospektlərində nəqliyyat sıxlığını azaltmaq məqsədilə inşa edilən Həsən Əliyev küçəsi - Koroğlu metrostansiyası avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir.

Day.Az xəbər verir ki, dövlət proqramı çərçivəsində inşa olunan yolun Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan 3,9 kilometrlik hissəsi altı hərəkət zolağından ibarət olacaq. Layihəyə əlavə olaraq 2,6 kilometrlik qollar, rampalar və yanaşma yolları da daxildir.

Layihə çərçivəsində ümumi uzunluğu 2 min metrdən çox olan dörd tunelin və 112 metr uzunluğunda üç yeraltı piyada keçidinin inşası nəzərdə tutulub. Onlardan bir neçəsinin tikintisi artıq başa çatıb. Hazırda Əlyar Əliyev küçəsində, keçmiş Keşlə bazarının qarşısında yerləşən tuneldə son tamamlama işləri aparılır.

Bununla yanaşı, Ulduz metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində də tikinti-quraşdırma işləri davam etdirilir. Layihə üzrə bütün tunel və yeraltı piyada keçidlərində işlərin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости