Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Fira Cəlilovaya evində saxladığı şəxsi polisə təhvil verməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
Məlumata əsasən, bağ evindən heç bir qızıl və ya digər əşya oğurlanmayıb. Polis əməkdaşları axtarışda olan şəxsi saxlayaraq ərazidən aparıblar.
Həmçinin hadisə ilə bağlı yayılan videoda görünən vasitənin odlu silah olmadığı, şəxsin zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi vasitə olduğu bildirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib. İstintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Aparıcı Firuzə Cəlilova daha əvvəl sosial şəbəkə hesabında noyabrın 26-da saat 22:00 radələrində Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edildiyini bildirmişdi.
Onun sözlərinə görə, hadisə yerinə beş avtomobillə təxminən 15 naməlum şəxs gəlib. Aparıcı evdən üç mobil telefon, ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı və brilyant sırğalar, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia etmişdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре