Zəlimxan Yaqub təcili xəstəxanaya yerləşdirildi
Day.Az представляет новость на азербайджанском языке
Xalq şairi Zəlimxan Yaqub təcili xəstəxanaya yerləşdirilib.
publika.az-ın məlumatına görə, xalq şairinin səhhətində problem yarandığından o, bu gün səhər xəstəxanaya aparılıb.
Ailəsi xəbəri təsdiqləsə də, şairin hansı xəstəxanaya aparıldığını açıqlamayıb.
Qeyd edək ki, Almaniyadan qayıdandan sonra səhhəti pisləşdiyi üçün şair həkimlərin qərarı ilə ev şəraitində dializ olunur.
ХХХ
Xalq şairi Zəlimxan Yaqub xəstəxanadan evə buraxılıb.
Bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzabildirib:
"Zəlimxan Yaqubun səhhəti yaxşıdır, xəstəxanada evə buraxılıb. Müalicəsi evdə davam etdirilir, həkim nəzarətindədir".
Qeyd edək ki, ötən gün xalq şairinin vəziyyəti pisləşib, xəstəxanaya aparılıb.
Xatırladaq ki, Almaniyadan qayıdandan sonra səhhəti pisləşdiyi üçün şair həkimlərin qərarı ilə ev şəraitində dializ olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре