Azərbaycanda əfv sərəncamının icrası başa çatdı - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
----------
14:27
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamı Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 6 və 11 saylı cəzaçəkmə müəssisələrində icra olunub.
APA-nın məlumatına görə, Müalicə Müəssisəsindən 3, 6 saylı cəzaçəkmə müəssisəsindən 24, 11 saylı cəzaçəkmə müəssisəsindən isə 3 nəfər azadlığa buraxılıb. 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılanlar arasında Suriya və İngiltərə vətəndaşları da olub.
Əfv sərəncamı Şəki Penitensiar Müəssisəsində də icra olunub.
Sərəncama əsasən, Şəki Penitensiar Müəssisəsində cəza çəkən 12 məhbus azadlığı buraxılıb. Bu münasibətlə müəssisədə təşkil edilmiş tədbirdə çıxış edən Şəki Penitensiar Müəssisəsinin rəhbəri Murtuz Sadıxov və digər şəxslər əfv edilənləri təbrik ediblər.
Əfv olunanların yaxınları dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Əfv olunanların 3-ü Şəki, 3-ü Mingəçevir, 2-si Yevlax , 1-i Ağdam, 1-i Ağsu, 1-i Balakən və 1-i Oğuz sakinidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün müəssisələrində sərəncam icra olunub.
---------
09:14
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb.
Dövlət başçısı tərəfindən məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınmaqla, humanizm prinsiplərinə əsaslanaraq imzalanan sərəncam 210 nəfərə şamil edilib.
Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.
Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.
Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре