Gəncədə əfv edilmiş məhkum azadlığa buraxılıb
Day.Az представляет новость на азербайджанском языке
Gəncədə 2 saylı İstintaq Təcridxanasında əfv edilmiş məhkum azadlığa buraxılıb.
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncam Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkən bir məhkuma da şamil olunub.
Kəpəz TV bildirir ki, həmin şəxs Şəmkir sakini, 31 yaşlı Məmmədov Elmir Eldar oğludur. Elmir Məmmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 19 noyabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə iki il müddətinə məhkum edilib. Cəzasının 1 il 1 aylıq hissəsini çəkdikdən sonra dövlət başçısının sərəncamı ilə əfv edilib. 2 saylı İstintaq Təcridxanasından Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, artıq sərəncam icra edilib və məhkum azadlığa buraxılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре