Dağıstanın xalq şairi vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Dağıstanın xalq şairi Fazu Əliyeva 84 yaşında vəfat edib.
 
APA bildirir ki, Fazu Əliyeva 1932-ci ildə Dağıstan Respublikasının Xunzax rayonunun Giniçutl kəndində anadan olub. 1961-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Doğma avar və rus dillərində çoxlu sayda poema və şeirlər yazıb.
 
Səksəndən çox kitabı çapdan çıxmış Fazu Əliyevanın əsərləri dünyanın 68 dilinə tərcümə olunub. Postsovet dövründə 4 dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş şair uzun müddət "Dağıstan qadını" jurnalının baş redaktoru olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.