https://news.day.az/azerinews/735230.html İcbari avtosığortadan yayınanların sayı bəlli oldu

İcbari avtosığortadan yayınanların sayı bəlli oldu

Azərbaycanca, 6 января 2016 13:28 (UTC +04:00) 711
İcbari avtosığortadan yayınanların sayı bəlli oldu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 2015-ci il ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 18673 sığorta tələbi üzrə 22,7 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. 

Report-un İSB-yə istinadən verdiyi xəbərə görə, ödənişlərin 1,3 mln. manatı şəxsin ölümü, 20,0 mln. manatı nəqliyyat vasitəsinə, 758,3 min manatı sağlamlığa və 652,0 min manatı əmlaka dəyən zərər üzrə ödənilib. Əvvəlki il ilə müqayisədə sığorta tələblərinin sayında 10%, sığorta ödənişlərinin məbləğində isə 15% azalma müşahidə edilib.

Qeyd edək ki, 2015-ci ildə nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1155 manat təşkil edib, bu isə 2014-cü ilin analoji göstəricisinə nisbətən 6,9% azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости