Zəlimxan Yaqub dəfn edildi

Day.Az представляет новость на азербайджанском языке

---------
13:07

Təzəpir məscidində Zəlimxan Yaqubla vida mərasimi keçirilib.

Publika.az xəbər verir ki, vida mərasiminə Arif Babayev, Canəli Əkbərov, Mənsum İbrahimov, həmçinin ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, aşıqlar qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubla vida mərasimində iştirak edib. Dövlət başçısı yanvarın 11-də Təzəpir məscidinə gələrək xalq şairinin vida mərasiminə qatılıb.

Vida mərasimi başa çatandan sonra xalq şairi Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn edilib.

---------
12:27

Hazırda Təzə Pir məscidində Xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilir.

"Qafqazinfo"nun əməkdaşının mərasimdən çəkdiyi fotoları təqdim edirik:

Qeyd edək ki, Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

----------
11:59

Vəfat etmiş xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhum Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Z.Yaqub yanvarın 9-da dünyasını dəyişib. Mərhum uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.