Məşhurların arıqlama sirri - VEGAN PƏHRİZİ
Day.Az представляет новость на азербайджанском языке
Amerika ulduzlarının sıxlıqla əməl etdiyi vegetarian qidalanma proqramı həyat tərzi kimi qəbul edilir. Bu günə qədər Cennifer Lopez, Beyons, Şakira, Pamela Anderson, Natalia Portman kimi məşhur qadınlar qüsursuz bədən quruluşlarını vegan (vegetarian) pəhrizinə borcludur. Aile.lent.az bu pəhriz haqda ətraflı məlumat verəcək.
Vegan pəhrizinə əməl edənlər heyvan mənşəli heç nə yemir.
Vegan pəhrizi nədir?
Ət və ət məhsullarını yeməyən vegetarian dostlarımızın da artıq çəkilərlə bağlı problemləri ola bilir. Məhz belə durumlarda da onların yardımına vegan pəhrizi yetişir. Vegan pəhrizi həm də vegetarianlar kimi qidalanan şəxslərin qidalanma vərdişlərini nizama salmaq üçün hazırlanan bir proqramdır. Burada yüksək proteinli qidalar və yaşıl tərəvəzlər ön planda olur.
Vegetarian pəhrizi zərərlidirmi?
Əslində çox faydalı pəhrizdir. Ancaq düzgün planlaşdırılmadığı təqdirdə zərərli ola bilər. Vegetarianların infarkt, piylənmə, yüksək təzyiq kimi xəstəliklərə yoluxma riskini aşağı salır.
Vegetarian pəhrizində bunlara diqqət edin!
Protein. Kifayət qədər qəbul edilmədiyi halda bədən ehtiyac duyduğu amin turşuları və enerjini qarşılaya bilmir. Buna görə heyvan mənşəli protein mənbələrini yemirsinizsə, proteinlə zəngin bitki məhsullarını mütləq yeyin.
Sink. Qabıqlı dəniz məhsullarından bol təmin edilir.
Kalsium: Vegetarian insanlar normal insanlardan fərqli olaraq daha çox yedikləri brokoli, ispanaq, lobya kimi tərəvəzlərdən kalsium qəbul edir.
Dəmir. Ən zəngin dəmir qaynağı olaraq bilinən qırmızı ət və yumurta yeməyən vegetarianlarda bu cəhətdən əskiklik olur. Buna görə qurudulmuş meyvələr, ispanaq və lobya yeyə bilərlər.
Səhər yeməyi
Bir fincan yaşıl çay
Yağsız pendir (1 dilim)
Zeytun 5 ədəd
Yumurta (qaynamış olsun)
Kahı, tərə, pərpətöyündən hazırlanmış salat
İki dilim qara çörək
Ara yemək
Pomidor, tərə, pərpətöyündən hazırlanmış cəfərili və kahılı salat
Günorta
Kələm şorbası
1 kasa qatıq
Mövsümi salat
Axşam
3 yemək qaşığı plov
Qatıq
Tərəvəzli mövsümi salat
Təzə lobya
Gecə
Yaşıl çay
Yağsız süd
Qeyd: Duru qidalar, şorbalar, tərəvəzlər bol-bol qəbul edilməlidir. Şəkərli və yağlı qidalardan uzaq durun. Gündə birdən çox yumurta yemək olmaz. İdmanı da unutmayın.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре