https://news.day.az/azerinews/747486.html İrandakı parlament seçkilərində 12 min namizəd mübarizə aparacaq

İrandakı parlament seçkilərində 12 min namizəd mübarizə aparacaq

Azərbaycanca, 9 февраля 2016 17:34 (UTC +04:00) 926
İrandakı parlament seçkilərində 12 min namizəd mübarizə aparacaq

Day.Az представляет новость на азербайджанском языке

İranda parlament seçkilərinə qatılacaq namizədlər müəyyənləşib.

Day.Az bildirir ki, İran daxili işlər nazirinin müavini Hüseynəli Əmiri APA-nın İran bürosuna açıqlamasında seçkilərdə 290 yerin hər biri uğrunda 21 namizədin mübarizə aparacağını deyib. O bildirib ki, Konstitusiyaya Nəzarət Şurası ilə aparılan danışıqlar əsasında namizədliyi qeydə alınmayan 1400 nəfərin namizədliyi təsdiqlənib. Onların arasında  bütün siyasi hərəkatlar və qruplardan namizədlər var.
 
H. Əmiri ümumilikdə 12 min nəfərin namizədliyinin qeydə alındığını açıqlayıb: "Bu qədər şəxsin öz namizədliyini irəli sürməsi bizim üçün də təəccüblü oldu. Düşünürəm ki, İran və "altılıq" arasında əldə olunan razılıqdan sonra ölkədə öz taleyini təyin etmək istəyi hamı üçün maraqlıdır. Seçkilərdə əhalinin aktiv iştirakının şahidi olacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости