Tramp qalib gəldi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən ilkin seçimlərdə (praymerizdə) demokratların və respublikaçıların liderləri dəyişib.

Report CNN-ə istinadən xəbər verir ki, respublikaçılardan milyarder Donald Tramp qalib gəlib. Demokratlardan isə Berni Sanders Hillari Klintonu qabaqlayıb.

Səslərin 80%-dən çoxunun hesablanması nəticəsində məlum olub ki, demokratlardan Barni Sanders səslərin 60%-ni toplayıb. Hillari Klinton isə 38% səs yığıb.

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton Nyu-Hempşirdəki ilkin seçimlərdə qələbə qazandığına görə Berni Sandersi təbrik edib. Bununla o, məğlubiyyətini etiraf edib.

Respublikaçılar partiyasından namizəd olan Donald Tramp seçicilərin 35%-nin səsini toplayaraq qalib olub. O, Ohayo ştatının qubernatoru Con Keysiki (16%) və Texasın senatoru Ted Kruzu (11%) qabaqlayıb.

Qeyd edək ki, Nyu-Hempşir praymerizi bu baxımdan ikinci olub. Daha əvvəl ilkin seçimlər Ayova ştatında keçirilmişdi. Orada respublikaçılardan Ted Kruz (27,65%) qalib gəlmiş, Donald Tramp isə səslərin 24,31%-ni toplaya bilmişdi. Demokratlarda isə bərabərlik yaranmışdı: Hillari Klinton səslərin 49,86%, Berni Sanders isə 49,57%-ni toplamışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.