Temperatur artdıqca, sürüşmə aktivləşir

Day.Az представляет новость на азербайджанском языке
"Ölkə ərazisində havanın hərarətinin yüksək olması nəticəsində qarın əriməsi daha intensiv xarakter alacaq. Belə olan halda isə mövcud sürüşmə sahələrində aktivlik daha da artacaq".
Day.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
O bildirib ki, hazırda xüsusilə Şamaxı-Muğanlı-İsmayıllı şose yolu, Ağsu aşırımı və Lənkəran-Lerik yolundakı sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Direktor müavini qeyd edib ki, Kiçik Qafqazda, Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonlarındakı sürüşmə sahələrində də aktivlik qeydə alınıb: "Bir müddət həmin rayonlardakı sürüşmə sahələrində sakitlik idi. İndi isə nisbi fəallaşma baş verir. Bundan başqa, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarındakı sürüşmə sahələrində də nisbi fəallaşma qeydə alınıb".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре